Həbsxanada olan meyxanaçı Rəşad Dağlının ailəsi onlara qarşı törədilən yeni dələduzluqla bağlı ictimaiyyətə müraciət edib.
BUTA.TV xəbər verir ki, ifaçının oğlu "Instagram" səhifəsində yer alan paylaşımda meyxanaçının adından dələduzluq edildiyi bildirilib
Qeyd olunur ki, meyxanaçının oğlu Yusif onun adından "TikTok"da səhifə açıldığını və pul yığıldığını bildirib: "Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam. Açılan profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir". Xatırladaq ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video