Güney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən Cavad Heydərinin daha bir qardaşı Ruhullah Heydəri həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun bacısı Fatimə Heydəri məlumat yayıb.
“Qardaşım Cavad Heydərinin öldürülməsindən sonra ailəmizə təzyiqlər davam edir. Qardaşlarım Məhəmməd, Höccət və Mustafanın həbsindən, mənim işdən qovulmağımdan sonra dördüncü qardaşım Ruhullah Heydəri də təlükəsizlik məmurları tərəfindən saxlanılıb. Onun həbsinin səbəbləri barədə heç bir açıqlama verilmir. Bütün təzyiqlərə baxmayaraq, öldürülən qardaşımızın qanından keçməyəcəyik”, - Fatimə Heydəri bildirib.
Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.
Bundan sonra onun qardaşları həbs edilib, bacısı isə işdən qovulub.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı