Lerik rayonunda aprelin 3-də itkin düşən 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynovun meyiti dərədə tapılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Almu kəndində baş verib.
28 yaşlı gəncin meyiti ailələrinə məxsus pay torpağın yaxınlığındakı dərədə, su arxından aşkarlanıb.
Yaxınları bildirib ki, Ü.Hüseynov aprelin 3-də ot sahəsinə baxmağa gedib, lakin geri qayıtmayıb.
Ailə üzvləri onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Xidməti”nə məlumat veriblər.
Ü.Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunsa da, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı