Himalayın qərbindəki Ladakx bölgəsində Hindistan və Çin arasında vəziyyət təhlükəlidir, hərbi qüvvələr bəzi bölgələrdə bir-birinə həddən artıq yaxın yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu sözləri Hindistanın XİN başçısı Subramanyam Cayşankar “Röyters”ə açıqlamasında deyib.
"Hesaqb edirəm ki, vəziyyət hələ də çox kövrəkdir, çünki bölmələrimizin çox yaxın yerləşdiyi yerlər var və hərbçilərin fikrincə, bu, olduqca təhlükəlidir", - o bildirib.
Qeyd edək ki, 2020-ci ilin ortalarında bölgədə iki tərəf arasında baş verən toqquşma zamanı ən azı 24 əsgər həlak olub.
Dekabr ayında iki ölkə arasında demarkasiya edilməmiş sərhədin şərq sektorunda zorakılıq yenidən alovlanıb.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu