Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə QMİ məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində QMİ sədri Allahşükür Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.
Səfər müddətində Allahşükür Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu