Laçın dəhlizinin iş rejimi 2020-ci il 9/10 noyabrda imzalanan Üçtərəfli bəyanata tam uyğun olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
O, məxsusi olaraq vurğulayıb ki, bu, yalnız mülki humanitar yüklərin və mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi zərurəti deməkdir:
“Biz təmaslarımızda, ilk növbədə, Rusiya sülhməramlı kontingenti vasitəsilə buna çalışırıq. Burada heç bir keçid məntəqəsinin yaradılması nəzərdə tutulmayıb, lakin dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür. Biz bu gün buna toxunduq”, - Lavrov bildirib.
- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı