Fevralın 27-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrə şəhərinə səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Egger ilə görüşüb.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq, bölgədə post-münaqişə dövründə humanitar məsələlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.
Nazir müavini Elnur Məmmədov Laçın yolundan sui-istifadə də daxil olmaqla Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı həyata keçirilən və 75 gündən artıq davam edən etirazlar dövründə BQXK ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib.
BQXK şahid olduğu kimi, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığını vurğulayıb. BQXK-nın ərazidə fəaliyyət göstərməsinin, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib.
Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu nazir müavini tərəfindən diqqətə çatdırılıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı