Azərbaycan Moldovaya qaz nəqlini nəzərdə tutan layihəni dəstəkləyib.
BUTA.TV TASS-a istinadla xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako Feysbuk səhifəsində yazıb.
“Birincisi, 1 milyard kubmetr qazın alınması ilə bağlı müqaviləyə aiddir. Bu müqavilə aprel ayından başlayaraq bir il müddətinə qüvvədə olacaq. Mən təklif etdim ki, biz bu müqavilə çərçivəsində Moldovaya kömək edək və Azərbaycan bu təklifi dəstəklədi”, - Çolako bildirib.
Spikerin sözlərinə görə, ikinci layihə mayeləşdirilmiş qazın çatdırılmasını, müvafiq olaraq SOCAR və “Romgaz” arasında Qara dənizdə iki terminalın tikintisi (LNG-nin qəbulu və onun yenidən qazlaşdırılması) üzrə tərəfdaşlığı nəzərdə tutur:
“Üçüncü layihə yaşıl enerjinin Qara dəniz vasitəsilə Rumıniyadan çatdırılması üçün sualtı infrastrukturun inkişafını nəzərdə tutur. Bu gün "Transqaz" və "Tranelektrika" şirkətlərinin mütəxəssisləri Azərbaycan tərəfi ilə texniki danışıqlar aparacaqlar”.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu