Rusiyanın geyim mağazalarında 20-yə yaxın İran brendi olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Ticarət Mərkəzləri İttifaqı məlumat yayıb.
Məlumata görə, iranlı istehsalçılar fevralın 20-də Rusiyaya gəlib və ticarət mərkəzləri sahibləri və Ticarət və Sənaye Nazirliyi ilə danışıqlar aparıblar.
Bildirilib ki, Ukraynada müharibə səbəbindən Rusiyadan gedən brenlərin yerini “Abbas”, “Rəsul”, “Həsən”, “Romina”, “Kiana”, “Samirə və Jila”, “Əlirza” kimi şirkətlər tutacaq.
Məlumata görə, istehsalçılardan biri 15 milyon dollarlıq məhsulun çatdırılması ilə bağlı müqavilə imzalayıb.
Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Ukraynaya hərbi təcavüzü səbəbindən Qərbin ”Adidas”, “H&M”, “Nike”, “Zara”, “Pull&Bear”, “Bershka”, “Chanel”, “Louis Vuitton Moët Hennessy” kimi şirkətləri fəaliyyətlərini dayandıraraq, Rusiyadan gediblər.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu