Vəkil Əkrəm Həsənov Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edib.
“BUTA.TV” xəbər verir ki, hüquq müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu yaxınlarda R.Rzayevin 70 yaşı tamam olub:
“Əslində, Ramiz Rzayevin səlahiyyət müddəti 2 il əvvəl bitmişdi. Çünki qanuna görə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sadəcə sədr 5 il müddətinə təyin olunduğu üçün qanuna zidd olaraq 2 il də sədrlik etdi”.Məsələ ilə bağlı Ali Məhkəmənin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Quruma daha sonra yazılı sorğu ünvanladıq. Qeyd edək ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. İcraatında iş olduğu zaman zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
Xatırladaq ki, R.Rzayev 2005-ci ildən Ali Məhkəmənin sədridir. O, sonuncu dəfə 2018-ci ildə (65 yaşı olarkən) müvafiq vəzifəyə təyin edilib. Bu il fevralın 25-də onun 70 yaşı tamam olub
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu