Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.
FHN-dən BUTA.TV-a bildirilib ki, bu çərçivədə, Türkiyə Respublikasının Qəhrəmanmaraş rayonu valisi Ömər Faruk Coşqun fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.
Görüşdə zəlzədən ciddi ziyan çəkmiş Qəhrəmanmaraş bölgəsində hazırki vəziyyət, atılacaq növbəti addımlar, o cümlədən FHN-in bölgədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyəti müzakirə olunub.
Ö.F.Coşqun FHN-in qüvvələrinin işini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu