Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Kahramanmaraşdakı səhra xəstəxanasında azərbaycanlı hərbçilərlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Akar zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Türkiyəyə gedən hərbi həkimlər və tibb bacılarına təşəkkür edib:
“Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində necə tək yumruq, tək ürək olduqsa, indi də fərqli mübarizəni eyni formada davam etdiririk. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - nazir hərbçilərlə görüşdə bildirib.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək