Ukrayna ordusu yazda əks-hücum əməliyyatına hazır olacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
“Hücumun konkret başlanma vaxtı Qərb silahlarının gəlməsindən asılıdır. Əks-hücumun strateji məqsədlərindən biri cənubda Rusiya cəbhəsinə - Krım və materik arasına zərbə endirmək cəhdi olacaq. Əməliyyatın məqsədi Ukraynanın bütün işğal olunmuş ərazilərini, o cümlədən Krımı azad etməkdir. Biz yalnız o zaman dayanacağıq ki, ölkəni 1991-ci il sərhədləri daxilində bərpa edək”, - Skibitski bildirib.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək