Azərbaycan Prezidenti İlham Əliyev öz xalqının və dövlətinin tarixinə düşəcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan “Noyan Tapan” verilişində deyib.
“Əgər Əliyevdən danışırıqsa, ölkəsinin əsl prezidentidir. Nə desək, azərbaycanlıları bəyənməsək də, istəməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır. Bizim siyasətçilərdə Əliyevdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun illərdir deyirəm.
Bu mənə bir hekayəni xatırladır: haradasa Stalinə Papaninin güclü olduğunu deyirlər. Stalin soruşur ki, Papaninin nə qədər diviziyasi var? Eynən bizdə: Vardanyanın neçə diviziyasi var? Paşinyanın neçə diviziyasi var? Buna görə də Əliyevin nə Paşinyandan, nə də Vardanyandan çəkinəcəyi heç nə yoxdur”, - o bildirib.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək