Zəlzələ ilə bağlı Türkiyəyə köməyə gələn ölkələrə minnətdarıq. Əlbəttə bunların arasında Yunanıstan da var.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun ölkə mediasına açıqlamasında deyib.
“Yunanıstanla Türkiyə arasında əlaqələr haqqında bunu deyə bilərəm: Türkiyə həmişə bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyir. Dövlətlər arasında ara-sıra fikir ayrılıqlarının olması da təbiidir. Biz bu fikir ayrılıqlarını səmimi dialoq və ədalət əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həll etməliyik. Türk milləti ona uzadılan dost əlini heç vaxt geri çevirməyib”, - Altun bildirib.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək