Vətən Müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyev erməni əsirliyində başına gələnlərdən danışıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə İctimai Televiziyada yayımlanan “Baş tutmayan tələ” sənədli filmində söz açıb.
“İki şəxs otağa gəlib üzümə gülməyə başladı. Ermənilər mənə videolar göstərdi ki, sən artıq Azərbaycanda şəhid olmusan. Tanınmaz halda olan döyüş yoldaşımı Lənkəranda dəfn etmişdilər. Bunlar da sosial şəbəkədə baxıblar ki, məni şəhid kimi bilirlər. “Qırmızı xaç” gələndə də bizim yerimizi dəyişirdilər, otaqdan otağa keçirib vermək istəmirdilər. Bunlardan xəbərsiz bir nəfər nümayəndə gələndə mən aşkara çıxmışdım”.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar