Yeni Zelandiya Rusiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.
BUTA.TV xəbər verir ki, bunu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta məlumat yayıb.
“Bu gün biz Rusiyaya qarşı bu günə qədərki ən böyük sanksiyalardan birini elan etdik. Bu, Yeni Zelandiyanın Rusiyanın qanunsuz hərəkətlərini kəskin şəkildə pisləməsinin növbəti nümayişidir”, - nazir bildirib.
Məlumata görə, 87 nəfərdən ibarət siyahıya Rusiya Prezidenti Vladimir Putinə yaxın siyasətçilər, Mərkəzi Seçki Komissiyasının üzvləri və hərbçilər daxildir.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar