Pakistanın müdafiə naziri Xavaca Asifin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Kabilə səfər edib.
BUTA.TV xəbər verir ki, bunu Talibanın sözçüsü Zabiullah Mücahid deyib.
“Danışıqlarda Əfqanıstanı Baş nazirin müavini Molla Əbdül Qani Baradar Axund, xarici işlər naziri Əmir Xan Müttəki və kəşfiyyat rəhbəri Molla Əbdül Haq Vasik təmsil edib. Əsasən təhlükəsizlik məsələləri, Əfqanıstandakı “müxalifət döyüşçülərinin” fəaliyyəti müzakirə olunub. Əfqan qaçqınlar məsələsi də müzakirə olunan mövzular arasındadır. Problemlərin dialoq yolu ilə həllinə, siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə diqqət yetirilib”, - o bildirib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar