İranın Ermənistanla sərhəddəki Norduz sərhəd-keçid məntəqəsindən orta hesabla gündəlik 300 yük və 800 sərnişin avtomobili keçir, 1500 sərnişin daşınır.
BUTA.TV xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı sərhəd məntəqəsinin direktoru Məhəmməd Bayburdiyə istinadla məlumat yayıb.
Bayburdi sözügedən sərhəd məntəqəsindən son bir ildə Ermənistana 73 milyon dollar həcmində mal ixrac edildiyini, ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım müşahidə olunduğunu deyib. O, həm də son bir ildə məntəqədən 266 min insanın keçdiyini ifadə edib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar