Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO

01:16 - 5 May 2026 - HADİSƏ

 Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO

Bakıda Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.

“BUTA TV” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

“Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın!

Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir... Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar...

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılanlar var - Video

Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu...

Onu güldürüb özümüz isə ağlamışıq... Adını Tale qoymuşuq...”, - deyə o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol