Bakının bir sıra yollarında sürət həddi endirildi

21:54 - 14 Aprel 2026 - GÜNDƏM

 Bakının bir sıra yollarında sürət həddi endirildi

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub.

Bu xəbər hal-hazırda çox oxunur
Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişdirildi

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol