Aprelin 14-də Azərbaycan Dillər Universitetində görkəmli alim, tanınmış pedaqoq, professor, əməkdar elm xadimi Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə ADU-dan məlumat verilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayaraq belə elmi tədbirlərin milli elmi-pedaqoji ənənələrin inkişafı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, professor Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyur.
Qeyd edək ki, tədbirdə bədii hissə təqdim olunub, konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib.
Bağlanış mərasimində ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva çıxış edərək konfransın uğurla başa çatdığını bildirib.
- Bakının bir sıra yollarında sürət həddi endirildi
- TƏBİB-in icraçı direktoru təyin edilən Anar Bayramov kimdir?
- Azərbaycanda doğum sayı azaldı
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
- Müharibəyə görə Həcc ziyarəti təxirə salınır?
- Baş nazirdən mühüm qərar...
- Evlənən və boşananların sayı açıqlandı
- 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi