Xəzər dənizində 8 apreldə 5.3 maqnitudalı, 12 apreldə isə 4.6 maqnitudalı zəlzələ baş verib. Həmin seysmik hadisələrdən sonra ərazidə zəif afterşoklar davam etməkdədir və onların sayı 500-ü ötüb.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, Azərbaycan Alp-Himalay qırışıqlıq qurşağı üzərində yerləşdiyindən ölkə ərazisi seysmik baxımdan aktiv zonaya daxildir. Bu aktivlik xüsusilə Xəzər dənizi akvatoriyasında daha çox müşahidə olunur və burada vaxtaşırı zəlzələlər qeydə alınır:
“Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən maqnitudası 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyətə mütəmadi məlumat verilir. Bu gün də Xəzər akvatoriyasında kiçik həcmli yeraltı təkanlar qeydə alınıb. Seysmik aktiv zonalar üçün belə təkanların müşahidə olunması təbii haldır”.
Vüsalə Rafiqqızı vurğulayıb ki, zəlzələlərin dəqiq proqnozlaşdırılması mümkün deyil və bu istiqamətdə heç bir elmi əsaslı qabaqcadan xəbər vermə mövcud deyil: “Bununla belə, qeydə alınan zəif təkanlar bölgədə yaxın zamanda güclü və dağıdıcı zəlzələ ehtimalının aşağı olduğunu göstərir”.
Qeyd edək ki, Xəzərdə gün ərzində dördüncü zəlzələ qeydə alınıb.
- Bakının bir sıra yollarında sürət həddi endirildi
- TƏBİB-in icraçı direktoru təyin edilən Anar Bayramov kimdir?
- Azərbaycanda doğum sayı azaldı
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
- Müharibəyə görə Həcc ziyarəti təxirə salınır?
- Baş nazirdən mühüm qərar...
- Evlənən və boşananların sayı açıqlandı
- 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi