Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) direktoru tərəfindən Xarici dil (İngilis dili) müəllimliyi, Beynəlxalq münasibətlər və Tərcümə (İngilis dili) təhsil proqramları üzrə ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi haqqında sertifikat təqdim olunub.
BUTA.TV xəbər verir ki, təqdimat aprelin 10-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransın rəsmi açılış mərasimi zamanı baş tutub.
Xarici Ekspert Komissiyası tərəfindən Azərbaycan Dillər Universitetinin adı çəkilən təhsil proqramları IAAR-ın beynəlxalq akkreditasiya standartlarına uyğun hesab olunub.
Bu, ADU tarixində bir ilkdir və akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 (beş) illik müddətə verilmişdir.
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video