Azərbaycan UNESKO-nun Baş Konfransının 43-cü sessiyasında 2025–2029-cu illər üçün "Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənilmə hallarında onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə"yə (ICPRCP) üzv seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial mediada paylaşım edib.
Qeyd olunub ki, bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir.
Məlumat üçün bildirək ki, konfrans Səmərqənddə keçirilib.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi