Qazaxıstanın müdafiə naziri Dauren Kosanov II Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə yazıb.
"Bir neçə dəqiqədən sonra Bakıda hərbi parad başlayacaq. Paradda iştirak etmək üçün Qazaxıstanın müdafiə naziri xüsusi olaraq gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun", - deyə qeyd edib.
- Xətaidə Aprel şəhidlərinin xatirəsinə ehsan verildi
- Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
- Prezident fərman imzaladı
- Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anılıb
- Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi