İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi brifinqdə jurnalistin ona ünvanladığı "İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edibmi?" sualına cavab verib.
BUTA.TV xəbər verir ki, məlumatı "Azad İran" Telegram kanalı İran KİV-ə istinadən yayıb.
"İstisnasız olaraq bütün qonşu ölkələr bizi əmin etdilər ki, "sionist rejimin" İrana qarşı hücumları üçün öz məkan və ərazilərindən sui-istifadə etməsinə imkan verməyəcəklər. Mən burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız bütün məsələlər müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib", - deyə İran XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, qonşu ölkələr Tehranı gələcəkdə öz ərazilərindən İrana hücum olmadığına əmin ediblər. İ.Bəqai qeyd edib ki, İran Silahlı Qüvvələri, təhlükəsizlik və hərbi qurumlar hər bir hadisəni mütləq diqqətlə izləyəcək və məlumatlar paylaşacaq.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar