Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.
“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir, sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”, - paylaşımda qeyd olunub.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar