Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Türkiyədə ilk dəfə rəsmi səfərdə olub. Sözügedən tarixlərdə Paşinyanın həyat yoldaşı Anna Akopyanın da Türkiyədə olduğu və Antalyada dəbdəbəli oteldə istirahət etdiyi məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, onun Antalyada tətildə xərclədiyi məbləğ Ermənistan əhalisi tərəfindən birmənalı qarşılanmayıb.
Akopyanın Antalyanın ən dəbdəbəli otellərindən biri olan “Titanik Mardan Palace” otelində 3 gecə qaldığı bildirilib. Otelin “Kral dairəsində” qalan Akopyan bir gecə üçün 6 min avro ödəyib.
Bu xərclərlə yanaşı, Akopyanın şampan vannası, fərdi yoqa təlimatçısı, şəxsi qulluqçu və yaxta kirayəsi kimi ultra lüks xərclər etdiyi də vurğulanır.
İddia olunub ki, Anna 4 gün ərzində 100 min avro (197,410 min manat) pul xərcləyib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar