Moskvanın Yaroslavl vağzalında sahibkar Areq Şepixin oğurlanıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun bir qrup naməlum şəxs tərəfindən oğurlandığını əks etdirən videogörüntülər yayılıb.
İş adamının anasının sözlərinə görə, oğlu II Qarabağ müharibəsindən sonra müsəlmanlara qarşı kəskin mənfi münasibət bəsləməyə başlayıb.
Qadının sözlərinə görə, oğlu Qarabağda döyüşməyib, lakin hadisələri çox fəal şəkildə izləyib və Ermənistanla Azərbaycan arasındakı münaqişənin nəticələrindən dərin sarsıntı keçirib. Qadın oğlunun müsəlmanlara qarşı mənfi münasibətini bölüşmədiyini və onun yanıldığını vurğulayıb.
O həmçinin oğlunun sosial şəbəkələrdəki fəaliyyəti, eləcə də çeçenlərə və dağıstanlılara qarşı yazdığı təhqirlər barədə məlumatı olmadığını söyləyib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar