Bizim İsrailə xüsusi rəğbətimiz var.
BUTA.TV xəbər verir ki, bu sözləri müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev BBC-nin İsrail və Azərbaycanın strateji müttəfiqliyi ilə bağlı hazırladığı xüsusi video-süjetdə bildirib.
Baş Qərargah rəisi İsraillə Azərbaycan münasibətlərini belə şərh edib:
"İsrail bizə dost ölkədir. Bizim İsrailə xüsusi rəğbətimiz var. Bir də ki, İsraillə xüsusi münasibətimiz var".
Video-süjetdə Azərbaycan İsrail münasibətlərinin tarixinə toxunulub və münasibətlərin bu günkü mənzərəsi, strateji müttəfiqliyin müxtəlif çalarları, hər iki ölkə və region üçün əhəmiyyəti təhlil olunub.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək