Qarabağın azadlığı ilə birlikdə bu torpaqlarda yüksələn hər bir not sadəcə bir Zəfərin deyil, bir millətin yenidən dirçəlməsinin səsidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Türkiyə Prezidenti bildirib ki, bir azdan dinləyəcəyimiz mahnılarda Qarabağın azad torpaqlarının səsi var, Şuşanın daşında yanğılanan azadlığın, Laçının vadisində böyüyən ümidin, Gəncə və Bakıda yaşıllaşan millət iradəsinin təzahürü var:
“Səsləndirilən hər nəğmədə bədəli canla və qəhrəman şəhidlərimizin mübarək qanları ilə ödənmiş Zəfərin ruhu var”.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək