Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Gününü qeyd etmək üçün Azərbaycana səfər edəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.
“Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Prezidentimiz səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəni-kütləvi tədbirlərdə iştirak edəcək.
Bundan əlavə, Pakistan Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə ikinci Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı keçiriləcək”, - rəsmi bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak edəcək.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək