Təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin Moskvada keçiriləcək görüşü zamanı Ermənistan və Azərbaycan nümayəndələri arasında ayrıca danışıqlar nəzərdə tutulmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “İnterfaks”a müsahibəsində bildirib.
“Tədbirin proqramı çox sıxdır, o, əlavə, dar danışıqlar formatlarını ehtiva etmir”, - Şevtsov deyib.
O əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri təkcə plenar iclas və seminarlarda deyil, həm də MDB-yə üzv dövlətlər üçün ənənəvi işçi sessiyada iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə 27-29 may 2025-ci il tarixlərində Moskvada Təhlükəsizlik Məsələlərinə Məsul Yüksək Səviyyəli Nümayəndələrin 13-cü Beynəlxalq Toplantısı keçiriləcək.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək