Ermənistan “3+3” formatında növbəti nazirlər görüşünü keçirməyə hazır olduğunu bir daha təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq məlumat yayıb.
XİN-in açıqlamasında bildirilir ki, görüşün tarixi və keçiriləcəyi yer müəyyənləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu və Moskvanın növbəti iclasların Bakıda və İrəvanda keçirilməsini təklif etdiyini bildirib.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək