Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İham Əliyevi milli bayram münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, təbrikdə qeyd olunur:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram.
Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm".
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək