Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməzsə, Ermənistanın əsas qanununa dəyişiklik edilməsi təşəbbüsü ilə şəxsən çıxış edəcəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumunda deyib.
O vurğulayıb ki, dəyişikliklərin məqsədi ictimaiyyətə təqdim olunacaq: uzunmüddətli və davamlı sülhə nail olmaq:
“Sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm, çünki hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən vermək olmaz”.
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
- Bu uşağın valideynləri axtarılır - Foto
- Xəzərdə zəlzələ oldu
- Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
- Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
- Bakıda ev çökdü: qadın xəsarət aldı
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu