Bugün "Azərbaycan Braziliya Ciu-citsu Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 102 illiyinə həsr olunmuş turnir keçirilib. Turnirdə Bakı şəhəri və Respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qrupları və müxtəlif çəki dərəcələrində olan 200-ə qədər uşaq, yeniyetmə və gənc braziliya ciu citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə güclərini sınayıblar.
Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycanda banisi və İctimai Birliyin təsiaçisi Taleh Həsənov qonaqları və turnir iştirakçılarını salamlayaraq potensiallı idmançılarıma uğular arzu edib. Bu döyüş sənətinə olan maraq çoxluğunun sevindirici hal olduğunu bildirib.
Braziliya Ciu-citsu İctimai Birliyinin prezidenti Aqil Acalov Ulu öndər Heydər Əliyevin idmanın bugünki dinamik inkişafına təkan verən bünövrə əhəmiyyətli fəaliyyətlərindən danışaraq bu müstəsna və əhəmiyyətli siyasəti unutmamalı olduğumuzu vurğulayıb və turniri açıq elan edib.
Braziliya Ciu-Citsu KİB-nin sədri Fuad Kərimov da öz növbəsində idmançılara həm turnirdə, həm də bütün idman fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, hər uğur və irəli addım həm sevinc, həm məsuliyyət hissini artırır.
Daha sonra Ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və yarışa start verilmişdir.
Turnirdə güclərini nümayiş etdirən idmançılar sonda medal, sertifikat və mükafatlarla təltif olunublar.
Komanda hesabında isə 1-ci yerə Suraxanı Braziliya ciu citsu komandası, 2-ci yerə Bakı Braziliya Ciu citsu Akademiyası, 3-cü yerə isə Əkbər Hadiyev Braziliya Ciu citsu komandası layiq görülüblər.














- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı