İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısına səfəri Azərbaycanın dünyada artan statusunu bir daha təsdiqləyən böyük uğur kimi dəyərləndirilməlidir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Azərbaycana və onun rəhbərinə maraq Tiranada müxtəlif dövlət liderlərinin forumun kənarında Azərbaycan lideri ilə danışıqlar aparmaq istəyi ilə təsdiqlənib. Bu, obyektiv şəkildə Bakının tutduğu siyasi mövqenin hörmət və digər dövlət liderlərinin birbaşa tərəfdaşlıq münasibətləri qurmaq istəyi doğurması ilə izah olunur. Bu, həm də onunla izah olunur ki, bir sıra enerji layihələrinin icrası çərçivəsində Azərbaycan AB-nin enerji təhlükəsizliyinin təminatçılarından biridir. Ümumiyyətlə, hətta Paşinyan və Makron kimi liderlər də mövcud problemləri həll etmək, rəğbət oyatmaq və müəyyən, ən azı görünən nəticələr əldə etmək üçün Əliyevlə görüşməyə can atırdı. Bu baxımdan demək lazımdır ki, İlham Əliyev təbəssümlə əl sıxmağı real siyasətdən çox aydın şəkildə fərqləndirir. Axı Parisin antiazərbaycan siyasət yeritdiyi məlumdur. Əliyev bu gün Qərbdə hörmət edilən liderdir. Azərbaycanın statusu və rolu artır. Makron kimi siyasətçilər Prezident Əliyevlə müqayisədə solğun görünür. Əliyev zalda olanda və ya hardasa danışanda Makron açıq-aydın eyni liqada yox, ikinci liqada oynayır. İlham Əliyev isə yüksək liqada çıxış edir. Ərdoğan onu qarşılayan və üstünlüyünü göstərməyə çalışan Makrona kifayət qədər təzyiq göstərdi. Fransa iyrənc siyasət yürüdür, Azərbaycan və Türkiyə ona Bakı və Ankaranın maraqlarının olduğu yerdə fəaliyyət azadlığı verməyəcək. Paşinyan isə fəal şəkildə Əliyevlə görüş və təmaslar axtarırdı. Və hətta hazırkı siyasi gündəmi daha rahat şəraitdə müzakirə etmək üçün qəhvə təklif etdi”, - o bildirib.
- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı