Gəncədə döyülərək öldürülməsi iddia olunan Elgün İbrahimovun anası Fizzə Zeynalova oğlunun ölüm işi ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, o, Teleqrafa-a çıqlamasında hazırda ekspertizanın nəticələrinin gözlənildiyini və prokurorluğun işi ciddi şəkildə araşdırdığını bildirib.
F.Zeynalova bütün versiyaların nəzərdən keçirildiyini və prokurorluq işçilərindən narazı olmadığını qeyd edib.
Eyni zamanda, o, sosial şəbəkələrdə yayılan Elgün İbrahimovun intihar etdiyi ilə bağlı xəbərlərin yalan olduğunu vurğulayıb.
"Mənim oğlumun intihar edə biləcəyi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, son zəngə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər", - F.Zeynalova bildirib.
Xatırladaq ki, Elgün İbrahimov bir neçə gün əvvəl Azərbaycan Texnologiya Universitetinin istifadə edilməyən yataqxanasının önündə tapılıb. Onun iniltili səsini yaxınlıqda olan peşə məktəbinin gözətçisi eşidib və hadisə yerinə gələn hüquq mühafizə orqanları onu xəstəxanaya çatdırıblar.
Lakin o, ertəsi gün vəfat edib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam edir.
- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı