Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri Azərbaycanda haqlı narazılıq yaradıb. Çaldıran döyüşündə kimin qalib, kimin məğlub olduğu, Şah İsmayılla Sultan Səlimin münasibətləri və digər tarixi faktlarla bağlı (bu haqda kifayət qədər yazılıb) müzakirələrin iki mənfi nəticəsi olur:
Birincisi, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında uçurum dərinləşir;
İkincisi, Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İran bundan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə edir;
İran 2020-ci ilin Tovuz döyüşləri zamanı Çaldıran döyüşü üzərindən Türkiyəyə qarşı genişmiqyaslı kampaniyaya strat vermişdi. 44 günlük müharibədən sonra bu kampaniya sürətləndi və zaman-zaman səngisə də, aktual olaraq qalır. Çünki həmin dövrdən etibarən Türkiyə Azərbaycanla müttəfiqlik üzərindən Cənubi Qafqazda güclənməyə aşılanmışdı. Belə kampaniyada hədəf seçilənlərdən biri də birbaşa Ərdoğanın özü olub. İndi Ərdoğan Çaldıran döyüşü ilə bağlı dedikləri ilə əslində İrana fürsət verir.
Türkiyənin siyasi elitasına bunu izah etmək lazımdır. Tarix üzərindən ayrılıq yaratmaqdansa, Azərbaycanın qızılbaş irsindən Yaxın Şərqdə istifadə etmək Türkiyə üçün daha sərfəli olardı.
- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir
- İtkin düşən 74 yaşlı kişinin meyiti meşədə tapıldı
- 19 yaşlı qızı qaçıran qardaşlar saxlanıldı
- İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
- Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı