Deputat Azər Badamovun Rusiyaya buraxılmamasını böyük təəssüf hissi ilə qarşıladım, çünki Rusiya ilə Azərbaycan 2022-ci ildə müttəfiqlik münasibətlərinə dair saziş imzalayıb. Bizi tarixi, humanitar əlaqələr bağlayır. Rusiya bizim qonşumuzdur, o ölkədə 2 milyona qədər soydaşımız yaşayır. Azərbaycan Rusiya ilə dostluq münasibətlərini həmişə yüksək qiymətləndirib. Bu kimi hərəkətlər ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşmür.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, ƏHD sədri Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, hansısa səbəbdən Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulmuşdusa, ən azından Azərbaycana bu barədə xəbərdarlıq edilməli idi:
“Bunu dövlətlərarası münasibətlərin indiki səviyyəsi tələb edir. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bu məsələyə münasibət bildirib və biz, Rusiya tərəfinin cavabını gözləyirik. Rusiya prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir”.
Bu təxribatın Azərbaycan Prezidentinin Moskvaya 9 mayda gözlənilən səfərinin təxirə salınmasına səbəb olub-olmayacağı barədə sualı isə millət vəkili belə cavablandırıb:
“Prezident qərar verəcək, amma düşünmürəm ki, buna ehtiyac var. Əksinə, düşünürəm, həm bu, həm də sərnişin təyyarəmizin vurulmasında təqsirli olan şəxslərin cəzalandırılması məsələsi ən yüksək səviyyədə, Rusiya prezidenti qarşısında qaldırılmalıdır”.
- Ceyhun Salmanovun həbs müddəti uzadıldı
- Kişilərin maaşı niyə qadınlardan yüksəkdir?
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü
- Sabah 23 dərəcə isti olacaq
- Ehtiram Quliyevi ağır cəza gözləyir
- Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"
- Keçmiş polis əməkdaşı olan ərini öldürdü, balta ilə 15 hissəyə böldü - ŞOK CİNAYƏTİN DETALLARI
- Xamenei huşsuz vəziyyətdədir