Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.
“Azərbaycan və Gürcüstan arasında Bakı-Tiflis-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.
Bundan əlavə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır.
“Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”, - ADY-dən bildirilib.
Xatırladaq ki, martın 18-də Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılıb.
Belə ki, xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb. Bundan əvvəlki qərara görə, xüsusi karantin rejimi aprelin 1-dək uzadılmışdı.
- Kişilərin maaşı niyə qadınlardan yüksəkdir?
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü
- Sabah 23 dərəcə isti olacaq
- Ehtiram Quliyevi ağır cəza gözləyir
- Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"
- Keçmiş polis əməkdaşı olan ərini öldürdü, balta ilə 15 hissəyə böldü - ŞOK CİNAYƏTİN DETALLARI
- Xamenei huşsuz vəziyyətdədir
- Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi