Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini, Azərbaycanın əməkdar mədəniyyət işçisi İlham Məmmədovu “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edib.
BUTA.TV bu barədə teatrın mətbuat xidmətinə istinadən məlumat verir.
Medalı İlham Məmmədova Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov təqdim edib.
Diplomat onun mədəni əlaqələrin inkişafına və dövlətlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfəni qeyd edib.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı