Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi müvəqqəti icrası Anar Qədiməliyevə tapşırıla bilər.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Nərminə Arif qızı Hüseynova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini kimi fəaliyyətini davam etdirəcək.
Bildirilir ki, təqdimat gələn həftə ərzində baş tutacaq.
Nərminə Hüseynova elm və təhsil naziri Emin Əmrullayevin 23 fevral 2024-cü il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tutduğu vəzifədən azad olunaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı