Yeni Ramana kimi tanınan qəsəbədə acınacaqlı vəziyyət hökm sürür. Suraxanı və Sabunçu rayon icra hakimiyətləri isə qəsəbədəki problemləri həll etmək əvəzinə günahı bir-birinin üstünə atır.
BUTA.TV Tribunainfo.az-a istinadla xəbər verir ki, illərdir yiyəsiz qalan qəsəbəyə hansı rayon İcra Hakimiyyətinin baxmalı olduğu müəyyənləşmir. Məhz bu səbəbdən də qəsəbənin problemləri hər gün daha da artır.
Qəsəbə sakinləri bildirib ki, hava limanından cəmi 2-3 km aralıda yerləşən qəsəbədə işıqlandırma yoxdur. Qəsəbənin 50-dən çox ailə yaşayan hissəsinin yolları bərbad olduğu üçün əraziyə nəinki taksi, hətta təcili yardım maşını da gəlmir. Sakinlər bildirib ki, asfalt problemi həll edilmir. Zibil qutuları da yoxdur.
Sakinlərin adı çəkilən rayon icra hakimiyyətlərinə, həmçinin aidiyyəti bələdiyyələrə və təsərrüfat xidmətlərinə müraciətləri nəticəsiz qalır.
Qeyd edək ki, evlərin “kupça”sına əsasən ərazi Suraxanı rayonu sayılır, amma kommunal xidmət haqları Sabunçu rayonunun aidiyyəti idarələrinə ödənilir.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı