Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda nominal ÜDM-in 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağaını proqnozlaşdırır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə IMF-in “Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında deyilir.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki 1,1 %-lə müqayisədə 3,2 % təşkil edəcək, 2025-ci ildə isə 2,5 %-dək azalacaq. Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8 %, 2025-ci ildə 3,8 % səviyyəsində (2023-cü ildəki 3,7 %-ə qarşı) olacağı gözlənilir. Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2 %-lik azalma 2024-2025-ci illərdə 0,5 %-dək yavaşlayacaq.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video