Xaçmaz şəhərində süpürgəçi qadını avtomobil vurub.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, VAZ-21011 markalı nəqliyyat vasitəsi Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü Zərifə Musa qızı Əliyevanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Qəzanı törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Z.Əliyeva Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır.
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video