Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
BUTA.TV xəbər verir ki, 133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılaraq sıxılmış vəziyyətə düşüb. “Opel”dəki iki nəfər – 39 yaşlı Afər Mirzəxan oğlu Əyyubov və onun yaşıdı Cavid Mahir oğlu Məmmədov hadisə yerində keçiniblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?