Ötən gün Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər tələsik məktəbi tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər gec saatlara qədər içəridə qalıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Bakupost.az-a hadisənin şahidi olan qəsəbə sakini bildirib.
Onun sözlərinə görə, 89 saylı məktəbdə sinif otaqlarının sayı az olduğu üçün ikinövbəli dərs sistemi tətbiq olunur:
"İkinci nöbvənin dərsləri saat 13:00-da başlayırdı. Hazırda dərslər bir saat gec - saat 14:00-da başlayır. Saat 18:50-də dərslər bitir. Mən saat 19:00-da məktəbin yaxınlığıdan keçirdim. Orada olanda müşahidə etdim ki, on dəqiqə ərzində müəllimlər, digər işçilər qapıları bağlayıb, məktəbi tərk ediblər. Ancaq bəzi uşaqlar içəridə qalıblar. İşıqlandırma sistemi yoxdur, hər tərəf tamamilə qaranlıqdır. Uşaqlar məktəbin hasarından düşürdülər. Soruşuram, bala, burda neynirsiz. Deyirlər, bizi içəridə qoyub gediblər. Yəni məktəbdə bu dərəcədə intizamsızlıq var. Bunun bir səbəbi də sinif çatışmazlığıdır".
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı